Fotoqraf dostları ilə qəzada öldü - Fotolar

Fotoqraf dostları ilə qəzada öldü - Fotolar
4045 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gecə Göyçay rayonunda ağır yol qəzası baş verib.

Axşam.az xəbər verir ki, rayonun Müskürlü kəndi ərazisində “Kia” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb. Nəticədə avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Xəqani Bağırov və iki sərnişini - 1991-ci il təvəllüdlü Asif Gülməmmədovla Elçin Əsgərov hadisə yerində ölüb. Daha bir sərnişin isə ağır xəsarət alıb.

Bildirilir ki, qəzaya düşən “Kia Sportage” markalı avtomobil “Rent a car”a məxsus olub və icarə əsasında Xəqani Bağırov tərəfindən idarə edilirmiş.

X.Bağırov Göyçayda tanınmış fotoqraf olub. Hadisənin onun dostları ilə birgə toydan çıxıb evə gedərkən baş verdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.