8 Marta görə onları bir araya yığdı - Fotolar

8 Marta görə onları bir araya yığdı - Fotolar
1772 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Elza Seyidcahan yeni layihəsini təqdim etmək üçün şəhid və qazi ailələrini bir araya yığıb. 

Axşam.az xəbər verir ki, müğənni 8 Mart Beynəlxalq Qadınlar günü münasibətiylə onları təbrik edib. "Mehriban gəlin" adlı təqdimat mərasimində Seyidcahan layihələrindən söz açıb:

"Tədbirim digər layihələrimlə bir-birinə zəncirvari bağlanıb. 2009-cu ildə "Elzanın yaşıl dünyası" layihəsinə start verdim. Xızıda 300 ağac əkdim, Tovuzda, Naxçıvanda işi davam etdirdim. Hətta konsert də verdim. Bu tədbir də layihələrimin davamıdır. Düşündüm ki, şəhid və qazi ailələrini bir araya yığıb, 8 Mart Beynəlxalq Qadınlar Gününü onlarla birlikdə keçirdim. "Sarı gəlin" layihəm indi "Mehriban gəlin" adı ilə davam edir. Düşünürəm ki, onların könlünü xoş etmək hər şeydən önəmlidir". 

Tədbirdə şair Cığatel İsaqızı çıxış edərək, Seyidcahan yaradıcılından söz açıb. 

Xalq artisti Samir Cəfərov, Əməkdar artist Nuriyyə Əhmədova, müğənni Elnarə Xəlilova, Mina Hüseynova, Elvin Mirzəzadə gecədə mahnılar səsləndirib. 

Foto: İlqam Cəbiyev