Xalq artisti Samir Cəfərov və müğənni Nurlan Əzizbəyli tədbirlərin birində qarşılaşıblar.
Müğənnilər Axşam.az obyektivinə tuş gəliblər. Samir ona yaxınlaşan Nurlanı tanımayıb.
"Nurlan, sənsən? Yaxşı qalmısan. Səni tanımadım. Biz sinif yoldaşı olmuşuq, amma indi Nurlanı tanımadım" deyə, S.Cəfərov təəccübünü gizlədə bilməyib.
Qeyd edək ki, N.Əzizbəyli mədəkiçiltmə əməliyyatı etdirib və 40 kiloqram çəki atıb. Bir müddət əvvəl isə o, üzündə plastik əməliyyat etdirib, qırışlardan xilas olub. Nurlan həmçinin saçlarına da rəng qoyaraq, onları tündləşdirib.