“Buratino” nümayiş olundu

“Buratino” nümayiş olundu
283 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Musiqili Uşaq Teatrı” görkəmli rus yazıçısı Aleksey Tolstoyun qələmə aldığı “Qızıl açar və yaxud Buratinonun macəraları” povesti əsasında hazırlanan “Buratino” nağıl-tamaşasını təqdim edib.

Axşam.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Ağasəlim Feyzullayev, bədii rəhbər Nigar Zeynalova, səhnə tərtibatı Əməkdar incəsənət xadimi Dilarə Əliyeva, rəqslərin quruluşu Günel Təhməzova, xormeyster Leyla Muradzadə, rəssam Səriyyə Teymurova, musiqi tərtibatı Zaur Rəşidova məxsusdur.

Uzun zamandır ki, çıxışlarına böyük həvəslə hazırlaşan balaca aktyorlar həm məsuliyyətin verdiyi həyəcan, həm də sevinc hissləri ilə səhnədə dolub daşırdılar. Sanki hər biri öz rolunu ifa etmək üçün səhnəyə can atırdılar. Səhnə dekorasiyası, fon musiqisi, iştirakçıların qrimləri, geyimləri pərdələr açılan kimi zalda əyləşən balaca tamaşaçıları sanki nağıllar aləminə aparıb. Səhnə dekorasiyasında təbii samandan, təbii ağac materiallarından istifadə olunub. Tamaşa zamanı rəngarəng rəqslər, nağıllar aləminin müxtəlif qəhrəmanları da iştirak edib. Maraqlı yanaşması, rəngarəng geyimləri və dekorasiya həlli ilə yadda qalan tamaşa uşaqlar tərəfindən alqışlarla qarşılanıb.