Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.
Axşam.az xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva adət-ənənələrimizə uyğun olaraq tonqal ətrafında toplaşıblar.
Görüntüləri Mehriban Əliyeva instaqram hesabında paylaşaraq bunları yazıb:
"Uca Allah hər kəsə möhkəm cansağlığı, bol sevinc, hər evə xoş ovqat, hər ocağa ruzi-bərəkət bəxş etsin! Od çərşənbəniz mübarək!".