Türkiyəli aktrisa Fahriyə Evcən son paylaşımı ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, aktrisa evində lentə alınan görüntülərini sosial media hesabında izləyiciləri ilə bölüşüb.
Fotolarda Fahriyənin lüks evinin salonu da əks olunub. Onun lüks evi qızılı işləmələr və bej rəngində mebellərlə dizayn edilib.
Qeyd edək ki, aktrisa həmkarı Burak Özçivitlə ailəlidir. Onların iki oğlu var.