Bu dəfə qadınlar üçün bir araya gəldilər - Fotolar

Bu dəfə qadınlar üçün bir araya gəldilər - Fotolar
477 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Sarayında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib. 

Axşam.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan gecədə sənət adamları səhnəyə çıxıb, mahnılar səsləndirib. 

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qadınların çalışdıqları hər sahədə uğur qazanmaları üçün ölkəmizdə bütün şəraitin yaradıldığını bildirib. Qeyd edib ki, dövlətimiz tərəfindən qadınlara xüsusi diqqət və qayğı göstərilir, onların əməyi yüksək qiymətləndirilir.

Sonra dövlətimizin qadın siyasətindən bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra isə Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər Manana Çaparidze, Təyyar Bayramov, müğənni Zamiq Hüseynov, aşıq Samirə Əliyeva və başqaları səhnəyə çıxaraq mahnılar səsləndiriblər. Gecənin aparıcılığını Ceyhun Əli edib. 

Foto: Orxan Şərəfxanov