"Salam, Novruz!" adlı sərgiyə qatıldılar

"Salam, Novruz!" adlı sərgiyə qatıldılar
547 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən “Muzeydə musiqi” layihəsi çərçivəsində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının konsert proqramı təqdim edilib.

Axşam.az xəbər verir ki, konsertdə Mahnı Teatrının instrumental ansamblının müşayiəti ilə Xalq artistləri Gülyaz Məmmədova, Heydər Anatollu, ifaçılar Fəxri Kazım-Nicat, Aynur İsgəndərli, Rövşən Qəhrəmanov, Ayşən Mehdiyeva, Ramazan Şərifzadə mahnılar ifa edib.

Böyük maraqla qarşılanan konsert proqramından sonra qonaqlar tematik ekskursiya çərçivəsində "Salam, Novruz!" sərgisi ilə tanış olublar.