"Bu şəhərdə" komandasının növbəti konserti baş tutub.
Axşam.az xəbər verir ki, Əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov fərqli obrazlarla tamaşaçıların qarşısına çıxıblar.
Aktyorlar bu dəfə Xalq artistlər Nazpəri Dostəliyeva, Nürəddin Mehdixanlını parodiya ediblər.
Onları izləməyə gələnlər arasında Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artist Kübra Əliyeva, aparıcı Aytəkin Mərdanova yer alıblar.
Foto: Orxan Şərəfxanov