“Dünya gözəli” seçildi - Fotolar

“Dünya gözəli” seçildi - Fotolar
803 dəfə oxunub
  • A-
  • A
  • A+

Çexiya təmsilçisi Kristina Pışkova finalı Mumbayda keçirilən “Dünya gözəli” gözəllik müsabiqəsinin qalibi olub.

Axşam.az xəbər verir ki, 24 yaşlı model 71-ci dəfə keçirilən müsabiqədə 115 ölkədən olan iştirakçılarla yarışaraq tacı başına taxmağı bacarıb.

İkinci yeri livanlı Yasmina Zeitoun tutub.

Qeyd edək ki, Hindistan daha əvvəl 1996-cı ildə “Dünya gözəli” yarışının finalına ev sahibliyi edib. Bu dəfə ölkəni "Miss India 2022" titulunun qalibi Sini Şetti təmsil edib. O, yekunda səkkizinci yeri tutub.

Kristina model kimi çalışan hüquq və biznes idarəçiliyi üzrə təhsil alan tələbədir.