Həmin çağırışlar başqa ölkələrdə də yayılıbmış - Fotolar

Həmin çağırışlar başqa ölkələrdə də yayılıbmış - Fotolar
754 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, ötən gün məktəblərə silahlı hücum ediləcəyi ilə bağlı teleqram kanallarının birində məlumat yayılıb.

Məlumatda Bakının bir sıra orta məktəblərinə və ticarət mərkəzlərinə silahlı basqın olacağı bildirilib. Qruplaşmanın sosial şəbəkələrdə həyəcan yaradan çağırışı ilə bağlı DİN rəsmi açıqlama yayıb. Qurumdan bildirilib ki, məsələ nəzarətə götürülüb, araşdırılır.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, analoji hadisələr bu ilin yanvarında Qazaxıstanın Aqtöbe və ötən ilin aprelində Rusiyanın Kazan şəhərində də yaşanıbmış. 

Belə ki, həmin vaxt sözügedən ölkələrin teleqram kanallarında məktəblərə və ticarət mərkəzlərində qətliam törədiləcəyi bildirilib. Hətta bu səbəbdən minlərlə şagird məktəbə getməyib. Məlum olub ki, eyni məzmunlu paylaşımlarda şəhərlərin adı dəyişdirilir və həmin şəhərlərə uyğun ticarət mərkəzlərinin və ya məktəblərin nömrələri əlavə edilir.

Məlumat üçün bildirək ki, adıçəkilən şəhərlərdə feyk paylaşımlarda deyildiyi kimi heç bir basqın və ya insident baş verməyib. Həmin məlumatlar saxta xəbərdarlıqlar kimi qiymətləndirilib.