"Maşından düşsəydim, itlər məni parçalayardılar" - Mətanət şikayətləndi

"Maşından düşsəydim, itlər məni parçalayardılar" - Mətanət şikayətləndi
2861 dəfə oxunub
  • A-
  • A
  • A+

"Xəzri küçəsi 21/H ünvanında yaşayıram. Dünən Corat qəsəbəsinə evimə gedəndə 40 dəqiqə maşından düşmədim. Çünki 20 quduz it dayanmışdı. İnanın ki, maşından düşsəydim, məni parçalayardılar. Bilmirdim nə edim".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Mətanət Əliverdiyeva "Xəzər axşamı" verilişində deyib. O, aidiyyəti qurumlardan yardım istəyib:

"Tıxacla gedib 11-ə işləmiş Corata çatmışam. Bir saat da maşında gözləmişəm. Aidiyyəti qurumlardan çox xahiş edirəm ki, bir tədbir görsünlər. İki ildir o ərazidə yaşayıram, amma bu qədər iti bir yerdə görməmişdim. Heyvanların qətlinin qəti əleyhinəyəm. Başa düşürəm, bəlkə də acdılar. Bir-ikisi olsa, özünü qorumaq olar. Son zamanlarda da itlərin uşağa hücumunu gördüm, dəhşətli dərəcədə qorxdum".