Zəngilanda çərşənbə tonqalı - Fotolar

Zəngilanda çərşənbə tonqalı - Fotolar
493 dəfə oxunub
  • A-
  • A
  • A+

İşğaldan azad olunan Zəngilanın Ağalı kəndinin sakinləri bu gün Yel çərşənbəsinin tonqalını alovlandırıb.

Axşam.az "AzərTac"a istinadən xəbər verir ki, Yel çərşənbəsində keçəl və kosa uşaqlara əyləncəli anlar yaşadıb, öz boxçalarından onlara şəkərbura, paxlava, qoğal və digər şirniyyatlar hədiyyə ediblər. Həmçinin yumurta döyüşdürüb, digər oyunlar oynayıblar.

Kəndin mərkəzində Yel çərşənbəsinin tonqalı alovlandırılıb, yallı və şən musiqi sədaları altında rəqslər olub.