Dilarə buna görə sarışın oldu - Fotolar

Dilarə buna görə sarışın oldu - Fotolar
905 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Dilarə Kazımova bu dəfə fərqli görünüşdə obyektiv qarşısına keçib.

Axşam.az xəbər verir ki, həmişə tünd saçda olan sənətçi sarışın parikdən istifadə edib. Dilarə bildirib ki, yeni görünüşü layihəsi ilə əlaqədardır. 

"İlk dəfə olaraq saçımın rəngini dəyişdim. Amma özümə görə yox, yeni layihə üçün bu addımı atdım. Görünüşümü çox sevdim və inanıram ki, sizdə sevəcəksiniz" deyə, ifaçı əlavə edib.

D.Kazımova bir neçə gün sonra “Zəng-zəng” adlı klipini sevənlərinə təqdim etməyə hazırlaşır.