7 milyonluq villası yandı - Fotolar

7 milyonluq villası yandı - Fotolar
1308 dəfə oxunub
  • A-
  • A
  • A+

Model və aktrisa Kara Delevinin başına iş gəlib. 

Axşam.az xəbər verir ki, cümə günü, martın 15-nə keçən gecə onun Los-Ancelesdəki Hollivud Hillsdəki 7 milyon dollarlıq malikanəsi yanıb.

Yanğın evin köməkçi otaqlarından birində başlayıb. Daha sonra yanğın çardağa keçərək damın bir hissəsinin dağılmasına səbəb olub. Kəskin alov yalnız iki saatdan sonra söndürülüb. Əməliyyata 94 təcili xidmət əməkdaşı cəlb olunub. Hətta yanğınsöndürənlərdən biri pilləkənlərdən yıxılaraq xəsarət alıb, yanğın zamanı malikanədə olan digər şəxs dəm qazından zəhərlənib.

Sahəsi 700 kvadratmetrdən çox olan bina demək olar ki, yararsız hala düşüb. “Daily Mail”in verdiyi məlumata görə, Delevin valideynlərinin sözlərinə görə, yanğına səbəb çox küləkli havanın fəsadları olub.