Arif Babayevə görə bir araya gəldilər - Fotolar

Arif Babayevə görə bir araya gəldilər - Fotolar
1228 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Arif Babayevə həsr olunan "Arif Babayevin muğam dünyası" adlı konsert proqramı gerçəkləşib. 

Axşam.az xəbər verir ki, aparıcılığını Azər Süleymanovun etdiyi konsert proqramı Heydər Əliyev Sarayında olub. A.Babayev və ailəsi gecədə tamaşaçılar arasında yer alıblar. 

Konsert proqramında muğam ifaçıları, A.Babayevin tələbələri, sənət dostları çıxış ediblər. Onlar xanəndənin oxuduğu muğamları səsləndiriblər. 

Gecədə Xalq artistləri Könül Xasıyeva, Mələkxanım Eyyubova, Zabit Nəbizadə, Əməkdar artistlər Almaz Orucova, Gülüstan Əliyeva, Ehtiram Hüseynov, Cabir Abdullayev, Nuriyyə Hüseynova, Firuz Səxavət, Elnarə Abdullayeva, Könül Kərimova, Sevinc Sarıyeva, Babək Niftəliyev, Fərqanə Qasımova, və başqaları çıxış ediblər.