Xalq artistlərinin Fransa səfəri - Video+Fotolar

Xalq artistlərinin Fransa səfəri - Video+Fotolar
2255 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları Fransaya yollanıblar. 

Axşam.az xəbər verir ki, bacılar Paris gəzintisindən görüntüləri sosial şəbəkədə paylaşıblar. İfaçılar səfərlərinin məqsədinin Novruz bayramı münasibətiylə keçirilən tədbirə qatılmaq olduğunu deyiblər:

"Parisdə Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Novruz bayramı təntənəli şəkildə qeyd edildi. Tədbirdə respublikamızın Fransadakı səfiri Leyla Abdullayeva, bu ölkədə yaşayan Azərbaycan icmasının üzvləri və yerli qonaqlar iştirak etdilər. Bayram süfrəsində milli mətbəximizin ləziz yeməkləri, şirniyyatlarımız, süfrələrin bəzəyi səməni yer almışdı.Təntənəli şəkildə qeyd edilən Novruz bayramı tədbirindən sonrakı xoş görüntülər".