İftar süfrəsinə hazırlaya bilərsiniz

İftar süfrəsinə hazırlaya bilərsiniz
1013 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az iftar menyusu üçün reseptlər təqdim edir:

Souslu balıq

Ərzaq:
Balıq əti - 1 kq.
Sirkə - ½ stəkan
Sarımsaq - 5 - 6 diş
Bir limonun şirəsi
Duz zövqə görə

Sous üçün:
Doğranmış soğan - 200 qr.
Doğranmış pomidor - 200 qr.
Xırda doğranmış göyərti - 2 dəstə
Zeytun yağı - ½ stəkan
Sirkə - ½ stəkan
Duz zövqə görə

Hazırlanması:
Balığı xırda doğrayıb, sirkə, sarımsaq, limon suyu və duz töküb qarışdırın. Sousun da bütün ərzaqlarını qarışdırın. Hər iki qarışığı soyuducuda 4 saat saxlayın. Sonra qaba bir lay balıq düzüb, bir lay sous düzün. Üzərinə su əlavə edib, vam odda bişirin. Süfrəyə verərkən üzərinə yenə sous əlavə edin.

Limonlu, kişmişli keks

Ərzaqlar:

Yumurta - 3 ədəd
Şəkər tozu - 1 stəkan
Otaq temperaturunda yumşalmış yağ - 180 qr.
1 limonun şirəsi
Rəndələnmiş 1 limon qabığı
Kişmiş - 1 stəkan
Un - 2 stəkan
Qabartma tozu - 1 ədəd
Vanilin

Hazırlanması:
Qaba yağı və şəkər tozunu töküb mikserlə qarışdırın. Üzərinə yumurtaları əlavə edib qarışdırdıqdan sonralimon şirəsini və qabığını tökün. Sonda unu, qabartma tozu, kişmiş və vanilini əlavə edib, duru xəmir hazırlayın. Yağlanmış qaba töküb, 170 dərəcə isidilmiş sobada 45 dəqiqə bişirin.

Portağallı plov

Ərzaq:
Qara zeytun - 50 qr.
Su - yarım litr
Düyü - 250 qr.
Yağ - 50 qr.
Sarımsaq - 1 diş
Qəhvəyi rəngli şəkər tozu - 5 qr.
Portağal qabığı - 5 qr.
Fıstıq - 50 qr.
Duz zövqə görə

Hazırlanması:
Düyünü yuyub, suda bir az saxlayın. Tavaya yağı, düyünü, sarımsağı, şəkər tozunu töküb, üzərinə suyu əlavə edin. 45 dəqiqə vam odda bişirin. Suyu çəkiləndə duz, zeytun, xırdalanmış fıstıq və portağal qabığını əlavə edib, 5 dəqiqə saxladıqdan sonra süfrəyə verin.