Zaurun verilişində dəyişiklik

Zaurun verilişində dəyişiklik
2170 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Zaur Baxşəliyevin "Bizimləsən" verilişində dəyişiklik ediləcək. 

Axşam.az xəbər verir ki, aparıcı bu haqda sözügedən proqramda məlumat verib. O bildirib ki, sabahdan etibarən verilişin vaxtı qısaldılacaq:

"Dəfələrlə rəhbərliklə bu barədə söhbətimiz də olub ki, vaxtın qısalmasını istəyirəm. Çünki özümə və övladlarıma da vaxt ayırmaq istəyirəm. Sabahdan etibarən 16:30-da görüşünüzə gələcəyəm. Saat 19:00-a qədər mənə bəs edəcək. Rəhbərliyə təşəkkür edirəm ki, bu xahişimi yerinə yetirdilər".

Qeyd edək ki, ATV-də yayımlanan proqram saat 15:00-da başlayırdı.