Vida mərasimində maşınla adam vurdu - Fotolar

Vida mərasimində maşınla adam vurdu - Fotolar
2428 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Erkan Petekkayanın atası Akın Petekkayanın dəfn mərasimi keçirilib.

Axşam.az xəbər verir ki, 81 yaşında dünyasını dəyişən Petekkaya uzun müddətdir ağciyər xərçəngindən müalicə alıb. Dəfn mərasimində Mahsun Kırmızıgül, Aslıhan Karalar, Saruhan Hünel, Ferman Toprak, Burak Sağyaşar və Mehmet Yiğit Alp kimi məşhurlar yer alıblar.

Cənazə namazından əvvəl xoşagəlməz hadisə baş verib. Aktyor Saruhan Hünel avtomobili ilə insanlar arasında olan vətəndaşı vurub. Zərbədən yerə yıxılan vətəndaşın ayağı zədələnib.

Qəzadan sonra tərəflər arasında kiçik mübahisə yaşanarkən Saruhan Hünel "Qarşı tərəfdən gələn avtomobil məni küncə sıxdı. Sağa qaçmaq istəyərkən kişinin ayağını əzdim. Onu xəstəxanaya aparmağı təklif etdim" sözlərini söyləyib.