Kuklaçılar “Dovşanın ad günü”nü etdilər

Kuklaçılar “Dovşanın ad günü”nü etdilər
335 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya Teatr Günü ilə bağlı növbəti tədbir Azərbaycan Dövlət Kukla Teatrında baş tutub.

Axşam.az xəbər verir ki, martın 27-də teatrın sosial-mədəni layihələri çərçivəsində növbəti xeyriyyə aksiyası olub. 200-nəfərə yaxın əlilliyi olan uşaq və yeniyetmələr əvvəlcə sənət ocağının son premyerası - “Dovşanın ad günü” tamaşasına baxıblar. Ardınca balacalara hədiyyələr təqdim olunub.

Qeyd edək ki, bu tamaşa uşaq ədəbiyyatımızın görkəmli nümayəndəsi Xanımana Əlibəylinin sevilən mənzum əsərlərindən “Dovşanın ad günü” nağıl-poeması əsasında ərsəyə gəlib. Bədii nümunənin səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyeva, quruluşçu rəssamı Rəna Abasova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, mahnıların mətn müəllifi Sevinc Nuruqızıdır. Əsər əsas ideyasını saxlamaqla maraqlı və rəngarəng tərtibat ilə, dolğun musiqi həlli ilə təqdim edilib.

Anşlaqla keçən nümayiş balacalar tərəfindən maraqla qarşılanıb.