"Elçiliyimdə “hə”mi Arif müəllim verib" - Fotolar

"Elçiliyimdə “hə”mi Arif müəllim verib" - Fotolar
3129 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Gülay Zeynallı Xalq artisti Arif Babayevi evində ziyarət edib.

Axşam.az xəbər verir ki, xanəndə ilə fotolarını paylaşan ifaçı sosial şəbəkədə bunları yazıb:

"Arif müəllim 8 il ustadım olub. Asəf Zeynallı adına Milli kollec və Milli Konservatoriyada mənə dərs deyib. Arif müəllim elçiliyimdə “hə”mi verib. Bir sözlə, həyatımda və sənətimdə yeri çox böyükdü. Bu gün doyunca dedik, güldük. Gültəkin xalamın aşından yedik. Allah sənə can sağlığı versin, Hacı. Mən səni çox istəyirəm".