Serialın çəkiliş meydançasında yanğın - Fotolar

Serialın çəkiliş meydançasında yanğın - Fotolar
704 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Rüzgar Aksoyun baş rolunu canlandırdığı "Aziz Mahmud Hüdayi: Aşkın yolculuğu" serialının çəkiliş meydançasında yanğın olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rivada yerləşən çəkiliş məkanındakı hadisəyə səbəb isə elektrik naqillərindəki yaranan problem olub.

Qısa zamanda qarşısı alınan yanğında xəsarət alan olmayıb. Çəkilişlərə bir gün fasilə verilib.