Elvin Faiq Sücəddinova müraciət etdi

Elvin Faiq Sücəddinova müraciət etdi
633 dəfə oxunub
  • A-
  • A
  • A+

"Ən çox öz bəstələrimi oxuyuram. Amma daha peşəkar bəstəkarlardan da mahnılar alıram. İndi bəstəkarlar mahnıları bahalaşdırıb. İstəyərdim buradan Faiq Sücəddinova müraciət edim. Ondan lirik bir mahnı istəyirdim. Normalda öz bəstələrimi oxuyuram. Çünki nə oxumaq istədiyimi bilirəm".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elvin Abdullayev deyib. Sənətçi Xalq artisti Faiq Sücəddinova səslənib. Elvin bildirib ki, bəstəkardan yeni mahnı istəyir.

Elvin mahnılarını özünün aranjiman etməsindən danışaraq "Aranjimanı özüm etməyə başlamışam. 10 ildir bu işin içindəyəm, sadəcə, bir az ehtiyat edirdim. Amma artıq edirəm və gözəl də alınır" sözlərini söyləyib. 

Solo konsert vermək arzusu olan ifaçı "Bu il solo konsert verəcəyəm. Düzdür, bir az çətindir. Bunun üçün sponsor lazımdır. Bir şirkət olmalıdır ki, çıxıb desin, Elvinin konsertinə sponsorluq edirəm. Həmin şirkət bundan pul da qazanarar. Çünki mənim ilk konsertimdir və bunu istəyən sevənlərim çoxdur" sözlərini əlavə edib.  

E.Abdullayev yeni fotosessiyasını da təqdim edib. O bildirib ki, şəkillər bu günlərdə işıq üzü görəcək yeni mahnısı ilə əlaqədar lentə alınıb.