Aydan Salahovanın ad gününə görə Bakıya gəldi

Aydan Salahovanın ad gününə görə Bakıya gəldi
892 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı jurnalist, sosial şərhçi, bloger və yazıçı Bojena Rınska həftəsonu tətilini Bakıda keçirib.

Axşam.az xəbər verir ki, fotolarını paylaşan bloger təəssüratlarını da izləyiciləri ilə bölüşüb:

"Bakını tamamilə bəyəndim. Tiflis və İrəvandan çox. Heç bir müqayisə yoxdur. Çox təmiz, baxımlı şəhər. Fransız memarlığı və atmosferi. Əxlaqlı insanlar. Şərq zibilxanasının ab-havasından əsər-əlamət yoxdur. Mütləq sivilizasiya. Və mən başa düşə bilmirəm ki, köçənlər niyə Bakıya getməyiblər? Onlar sizə mənzil almaq üçün dərhal yaşayış icazəsi verirlər".

Jurnalist gəlişinin səbəbinin rəfiqəsi, bu yaxınlarda 60 yaşı tamam olmuş rəssam Aydan Salahovanın ad günü olduğunu vurğulayıb.

"Bu gün biz hamımız əziz dostumuzun yubileyini qeyd etmək üçün Bakıda toplaşmışdıq. Əziz gözəl Aydan... Əziz və gözəl dost. İqorla bədbəxtlik baş verəndə (politoloq və televiziya jurnalisti İqor Malaşenko özünü asaraq intihar etdi - red.)  Aydan mənimlə idi. Rusiyaya gələndən xəstəxanaya qədər. İki ildir ki, bir-birimizi görmürük, amma hər həftə bir-birimizə video vasitəsilə zəng edirdik" deyə, Bozena sözlərini yazıb.