Aparıcı dərman qiymətlərindən şikayətləndi

Aparıcı dərman qiymətlərindən şikayətləndi
770 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Zamirə Dadaşova Bakıda dərmanların fərqli qiymətə satıldığından şikayətlənib.

Axşam.az xəbər verir ki, aparıcı "Truksal" dərmanının bir yerdə 17.38 AZN, digər əczaxanada isə 37 AZN-ə satıldığını bildirib. O bildirir ki, sözügedən dərmanın paytaxtdakı aptek şəbəkələrində təklif olunan qiymətləri arasında 20 manat fərq var:

"Dərmanların satışına kim nəzarət edir? Bu özbaşnalıq nə zaman sona catacaq? Onsuz da həyatımız xəstəliklərlə, dərmanlarla zəhərlənib gedir. Hansı aptekə girirsən növbə, hansı klinikaya girirsən növbə. İnsafınız olsun. 17 manatlıq dərmanı 37 manata satmaq nə deməkdir? Demək, kim nə istəyir edəcək bu ölkədə? Vicdanınız hanı? Adam var ac qalır, borc edib bu dərmanları alır ki, sizin kimi harınlamış, xəstə cəmiyyətdə yaşaya bilsin. Dəyərmi mənəviyyatı, xisləti, ruhu iltihablaşmış cəmiyyətdə yaşamağa? O 17 manatdan zatən qazanırsan. 20 manat da əlavə qazanmaq istəyi nədir axı. Qorxmursuz qanunlardan?".

O bildirib ki, paylaşdığı qəbzlər Xəzər və Nərimanov rayonlarındakı apteklərə aiddir. Aparıcı Mərdəkan ətrafında dərmanın 20 manat baha olduğunu vurğulayıb.