Fatiməyə görə bir araya gəldilər - Fotolar

Fatiməyə görə bir araya gəldilər - Fotolar
1493 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəqqasə Fatimə Fətəliyeva ad gününü qeyd edib.

Axşam.az xəbər verir ki, sənətçi özəl gününü şəhər restoranlarından birində qeyd edib. Məclisdə sənət adamları da yer alıblar.

Gecədə çıxış edən Fatimə "Bu yaşıma qədər Allahın verdiyi imtshanlardan keçmişəm. İndi isə sizlərin qarşısındayam. Anam Səkinə xanımı bu gün təbrik edin. Məni dünyaya gətirən odur. Zəhmətkeş, gözəl anam. Çox vaxt sual verirlər ki, kimə oxşamısan? Mən zəhmətkeşlikdə anama oxşamışam. Onun əllərindən öpürəm" sözlərini söyləyib. 

Gecədə bir müddət əvvəl barışdığı müğənni Xatun Əliyeva da Fatimənin yanında olub. O, mahnılar oxuyaraq, rəqqasəni təbrik edib. 

Gecədə Əməkdar artistlər Firuzə İbadova, Babək Niftəliyev, müğənni Nadir Qafarzadə də mahnıları ilə Fatiməni təbrik ediblər. 

Fotolar: Orxan Şərəfxanov