Sərdar Ortaçın Bakı konsertindən - Fotolar

Sərdar Ortaçın Bakı konsertindən - Fotolar
2897 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Sərdar Ortaç Bakıda konsert verib. 

Axşam.az-ın məlumatına görə, uzun müddətdir səhhətində problem olan sənətçinin səfər zamanı narahatlığı obyektivlərə tuş gəlib. Ortaç Bakıya əlil arabasında gəlib. 

Heydər Əliyev sarayında səhnəyə çıxan ifaçının gecəboyunca çətin anlar yaşadığı diqqətdən qaçmayıb. 

Yeriməkdə, ayaq üstə durmaqda çətinlik çəkən Sərdar bəzi mahnılarını oturaraq oxuyub. Səhnədə onu müşayiət edən xanımlar isə müğənni ayağa durub gəzmək istəyəndə onun qolundan və ya əlindən tutaraq dəstək olublar. 

Gecədə Sərdar "Kara biberim", "İsmi lazım değil", "Kabahat", "Ben adam olmam" kimi hit mahnılarını oxuyub. 

Qeyd edək ki, Ortaç MS - dağınıq sklerozdan (iltihabi xəstəlik olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsidir) əziyyət çəkir. Bir müddət əvvəl ifaçı sol ayağının amputasiya edilmə riskinin olduğunu bildirmişdi.

Fotolar: Orxan Şərəfxanov