"Koronavirus olmasaydı, hazır olduğumuzu bilməyəcəkdik"

"Koronavirus olmasaydı, hazır olduğumuzu bilməyəcəkdik"
1514 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur müğənni Rihanna "Interview Magazine" jurnalı üçün kamera qarşısına keçib.

Axşam.az xəbər verir ki, ifaçı nişanlısı, reper Eysap Roki (Rakim Mayers) ilə münasibətlərindən danışıb. Rihanna öz görünüşü ilə maraqlanmadığını, lakin nişanlasının onun tam əksi olduğunu etiraf edib:

"Bu adamın yanında özümü tənbəl kimi hiss edirəm. Lənətt olsun, elə bil onun köməkçisiyəm. Təyyarəyə minirəm. Biz idman formasında olmalıyıq. O, isə "Bottega Veneta"dan geyinmək istəyir. Mən isə ondan soruşuram "Bunu mənə niyə edirsən?".

Rihanna Eysapın kiçik oğlunun uşaq bezlərini "Saint Laurent" brendindən olan mini çantasında gəzdirdiyini və övladı üçün onu dəyişməkdən çəkinmədiyini deyib:

"Rokki heç vaxt bundan çəkinməyib. O, köynəyini burnunun üstünə çəkir və üfunət qoxuyan uşaq bezi ilə məşğul olur. Bu, bir qədər gülməlidir".

Rihanna reperlə arasındakı münasibətlərin möhkəmlənməsini koronavirus pandemiyaya borclu olduğunu vurğulayıb:

"Biz nəyə qadir olduğumuzu və bir-birimizin həyatına hansı bəlaları gətirə biləcəyimizi bilirdik. Buna görə də çox ehtiyatla görüşməyə başladıq. Mən sadəcə olaraq nəyin baş verəcəyinə icazə verdim. Bu bir çiçəkdir, ya öləcək, ya da çiçək açacaq. Amma icazə verəcəyəm ki, özü qərar versin.

Tanrının məni idarə etməsinə icazə verdim və mən sadəcə axışına buraxdım. Çünki əvvəlki münasibətlərimdə əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Lakin siz hələ də bunun kifayət etmədiyini hiss edirsiniz. Kimsə sizi tam görüb hiss edəndə sizə inanır və sizi övladlarının anası kimi görür. Mən də onun haqqında eyni hissləri keçirdim. Onun əla ata olacağını bilirdim.

Koronavirus olmasaydı, hazır olduğumuzu bilməyimiz daha çox vaxtımızı alacaqdı".

Qeyd edək ki, cütlüyün iki oğlu var.