“Nikosayağı”nın qəza keçirtdiyi avtomobil satışa çıxarıldı

“Nikosayağı”nın qəza keçirtdiyi avtomobil satışa çıxarıldı
1680 dəfə oxunub
  • A-
  • A
  • A+

“Nikosayağı” adı ilə tanınan bloger Nicat Şükürlü qəza keçirtdiyi avtomobilini satışa çıxarıb. 

Axşam.az xəbər verir ki, maşının fotoları onlayn satış səhifələrindən birində yerləşdirilib. “Porsche” markalı avtomobilə 20 min dollar qiymət qoyulub.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya olunub.

N.Şükürlü Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma – Ölümə səbəb olduqda) maddəsi ilə təqsirləndirilib və çıxarılan hökmlə 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.