Aydanın ad günündə Elçinin olmaması diqqət çəkdi - Fotolar

Aydanın ad günündə Elçinin olmaması diqqət çəkdi - Fotolar
9449 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq şairi Sabir Rüstəmxanlının xanımı, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ailəsi ilə olan fotolarını paylaşıb. 

Axşam.az xəbər verir ku, şəkildə S.Rüstəmxanlı, övladı Aydan və nəvələri yer alıblar. 

T.Rüstəmxanlı qızı Aydanın ad günü olduğunu vurğulayıb. 

O, övladını “Çiynimə söykənməyin və qucağımda rahatlamağın üçün könlümdə yerin bir başqa. Çünki analar bunu etməlidir, hələ bu övlad qız uşağıdırsa. Qızlara hər zaman evimizdə qonaq kimi baxmışıq, bu fikirdən xilas olmaq lazımdır. Harada olmalarından asılı olmayaraq, ana-ata evi onların sığınacağı, ən güvəndikləri  yer olmalıdır. Sənin rahat edəcəyin yer ana qucağıdır, nə qədər yaşayırımsa, aldığın nəfəs qədər yaxınında, arxanda dağ bil məni. Ad günün mübarək, Aydanım” sözləri ilə təbrik edib. 

Ailə Aydanın ad gününü şəhər restoranlarından birində qeyd edib. 

Diqqət çəkən məqam isə bir müddət əvvəl boşanma xəbəri yayılan müğənni Elçin Cəfərovun məclisdə olmaması olub. 

Qeyd edək ki, Elçin və Aydan cütlüyünün Can adlı bir övladı var. Elçin açıqlamasında boşanma xəbərlərini yalan adlandırmışdı.