"Çılğın Bediş"in Banusu illər sonra ingilis həyat yoldaşı ilə - Fotolar

"Çılğın Bediş"in Banusu illər sonra ingilis həyat yoldaşı ilə - Fotolar
1096 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir vaxtlar böyük maraqla izlənilən "Çılgın Bediş" serialının aktrisası Banu - Sonay Aydının yeni görüntüləri yayılıb. 

Axşam.az xəbər verir ki, Sonay Aydın serial bitdikdən sonra İngiltərəyə köçüb. Estetik əməliyyatdan sonra tamamilə dəyişən aktrisa ailə qurub. Təkcə görünüşünü yox, sənətçi həyat tərzini də dəyişib. 

48 yaşlı Sonay qızı Talya və əri ilə birlikdə İngiltərədə yaşayır. Aydın xaricdə yaşamaq qərarına necə gəldiyi haqda "Çılgın Bedaş" yay tətilinin sonunda gözlənilmədən sona çatdı. Sonra 2001-ci ildə iqtisadi böhran başladı və seriallar dayandı. Nəhayət, dil təhsili üçün İngiltərəyə getməyə qərar verdim. İngilis dilimi təkmilləşdirdim. Universitetdə kompüter və informasiya texnologiyaları fakültəsində təhsilimi davam etdirdim. Orada həyatımın ilk eşqi ilə tanış oldum, həyat yoldaşım, İngiltərənin köklü ailələrindən olan iş adamı idi. Ömrümü başqa ölkədə keçirtmək istəməsəm də, aşiq olanda hər şeyə boyun əyirsən. İlk həyat yoldaşımı 2012-ci ildə infarkt səbəbindən itirdim" deyə, bildirib. 

Aktrisa daha sonra ikinci həyat yoldaşı ilə tanışlığından söz açıb:

"Psixoloq dəstəyi ilə depressiyadan çıxa bildim. Həkimim dedi ki, ağlamaqdansa, yaxşı anları xatırlayıb gülməliysən. Mən də bir universitetin dram fakültəsində dərs deməyə başladım. Uğurlu britaniyalı iş adamı ilə evlənəndə həyatımın gedişatı bir daha dəyişdi. Hal-hazırda çox xoşbəxt bir evliliyim və yaxşı həyatım var. Həyat yoldaşım da Türkiyəni çox sevir".