"Səninlə Şuşaya getməyi çox istəyirdi, amma..." - Fotolar

"Səninlə Şuşaya getməyi çox istəyirdi, amma..." - Fotolar
1708 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Firəngiz Mütəllimova Şuşaya gedib.

Axşam.az xəbər verir ki, sənətçi ötən il vəfat edən mərhum qardaşı İlhamın oğlu ilə orada lentə alınan şəkillərini sosial şəbəkədə paylaşaraq bunları yazıb:

"Atanın, qardaşımın ruhu şad oldu. Səninlə Şuşaya getməyi çox istəyirdi. Amma qismət belə imiş... Səni Şuşaya ən çox mən aparıb, gətirirdim. Bu gün də belə oldu".

Qeyd edək ki, aktrisanın qardaşı ürək xəstəliyindən əziyyət çəkirdi.