İradədən evlilik ildönümü paylaşımı - "Tək ortaq nöqtəmiz budur"

İradədən evlilik ildönümü paylaşımı - "Tək ortaq nöqtəmiz budur"
3630 dəfə oxunub
  • A-
  • A
  • A+

"Artıq 15 ildir ki, həyata yaxından bərabər tamaşa edirik. O mənim, mən də onun həyatına şahidlik edirəm. Gənclər, ailə qurmağı düşünənlər üçün vurğulamaq istəyirəm ki, bir almanın iki yarısı deyilik. Hətta almayla armud kimi çox fərqliyik".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova sosial şəbəkə hesabında yazıb. O, həyat yoldaşı Ceyhun İzeri 15-ci evlilik il dönümləri münasibəti ilə belə təbrik edib.

"Cırnadıb əsəbiləşdirən, ən çox güldürən odur. Ən çox danışan mən, ən çox susan isə o. Küsən tərəf mən, barışan o. İnadından dönməyən mən, inadlaşmağı lazım bilməyən o. Məntiqli olan o, emosional mən. Tünlüyü sevən o, səssizliyi mən. Mən konservator, o, çağdaş. Mən sadəliyi, o, göstərişi, şöhrəti sevir. O, gəzməyi mənsə evdə oturmağı sevirəm. Seyr edən mən, fərqində belə olmayan o. Mən kommunist, o, kapitalist cəmiyyət və sistemində doğulub, böyüyüb. Əlqərəz, gördüyünüz kimi duzla buz, ağla qara kimiyik. Fərqliyiq, amma tək ortaq nöqtəmiz bizi birləşdirən, dəyişməyən imanımız, dəyərlərimizdir. Ən rahat, ən xoşbəxt, ən sevincli, ən hüzurlu biz olduğumuz anımız, ailəmiz onun da, mənim də ən həssas yerimizdir. Məkanı, məsafəni, fərqliliyi, bu iki könlü yan-yana gətirən, tək və ən böyük sevdama həmd olsun. Ol deməsə, olmayan tək sevgilim Allahdır. Onun razılığıyla buralara gəldiyimi bilirəm. Bilirsiniz, razılığı olmasa, yarpaq belə yerindən qımıldamaz. Neçə belə bərabər böyüyəcəyimiz, çiçək açacağımız illərə, cavan oğlan. 19.04.2009".

Qeyd edək ki, cütlüyün iki övladı var.