Sənət dostları Cavanşir Məmmədovla vidalaşır - Fotolar

Sənət dostları Cavanşir Məmmədovla vidalaşır - Fotolar
3689 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib. 

Axşam.az-ın məlumatına görə, sənət dostları onun yaşadığı evə yollanıblar. 

Əməkdar artist Elza Seyidcahan "Hər gün görürdüm onu. Yaxınlıqda qalıram, qonşuyuq. Həyat yoldaşı deyir ki, səhər ayaqüstə idi. Qəfildən getdi. Elə bil saf bir uşaq idi, həyat eşqi var idi. Bizim sənət aləminə böyük itki oldu. Canlı əfsanə idi. Özünə çox yaxşı baxırdı" deyə, həmkarı ilə bağlı açıqlamasında söyləyib. 

"Müsibətdi, bitirik. Ölməli adam deyildi, özünə yaxşı baxırdı. Şəkəri var idi, ürəyi ağrıyırdı. Cavandır, adam gözləmirdi. Bir neçə gün əvvəl danışırdıq" deyə, Əməkdar artist Gövhər Rzayeva açıqlamasında deyib.

Müğənni Elşad Qarayev və aşıq Namiq Fərhadoğlu C.Məmmədovla bağlı xatirələrini bölüşərək, ailəsinə başsağlığı verib. 

Qeyd edək ki, C.Məmmədov 70 yaşında ürəktutmasından vəfat edib. 

Fotolar: Orxan Şərəfxanov