Bekhem xanımını kürəyində daşıdı - Fotolar

Bekhem xanımını kürəyində daşıdı - Fotolar
1090 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemin həyat yoldaşı, modelyer Viktoriya Bekhemin 50 yaşı tamam olub.

Axşam.az xəbər verir ki, bunun şərəfinə Londanda gecə klublarından birində ziyafət təşkil olunub. Məclisdə onun yaxınları və dostləri iştirak edib.

Qonaqlar arasında Rozi Hantinqton-Uaytli, Ceyson Stethem, Tom Kruz, Eva Lonqoriya, Mark Entoni, Nadia Ferreyra və məşhur aşpaz Qordon Ramsey və həyat yoldaşı Cayetana olub. 

Cütlüyün oğulları Bruklin, Romeo, Kruz, Harper şənliyə qatılsalar da, gəlini Nikola Peltz orada itirak etməyib. 

Gecədə diqqət çəkən maraqlı məqamlardan biri Bekhemin ayağını sındıran və bir müddətdir əsa ilə gəzən Viktoriyanı küryində daşıyaraq məclisdən çıxarıb, evə aparması olub.