Sağalmaz xəstəlikdən əziyyət çəkən Selin Dion obyektiv qarşısında

Sağalmaz xəstəlikdən əziyyət çəkən Selin Dion obyektiv qarşısında
974 dəfə oxunub
  • A-
  • A
  • A+

Sağalmaz xəstəlikdən əziyyət çəkən əfsanəvi müğənni Selin Dion uzun müddət sonra obyektiv qarşısına keçib.

Axşam.az xəbər verir ki, Fransız "Vogue" jurnalının üz qabığında bu dəfə Selin yer alıb. Jurnal redaktorları bir neçə gün əvvəl ictimaiyyətə "O, tezliklə geri dönəcək" sözləri ilə müğənninin fotolarının anonsunu veriblər.

"Vogue" dərgisinin may buraxılışında yer alan Selin geyimi ilə diqqət çəkib. O, bir fotoda yarıçılpaq pozlar verib.

"Qürur duyuram ki, 55 yaşımda məndən gözəlliyimi göstərmək istəyiblər. Onsuz da gözəllik nədir? Bu sənsən, mənəm, içəridə olan budur, bu bizim arzularımızdır və bu gün baş verənlərdir. Bu gün mən özümü güclü hiss edən və gələcəyə pozitiv baxan qadınam" deyə, ifaçı yeni çıxışını şərh edib.

Qeyd edək ki, Diona milyonda bir şəxsdə rast gəlinən xəstəlik diaqnozu qoyulub. Müğənniyə 2022-ci ildə sərt əzələ sindromu qoyulub.