Daha bir qadın "Pi Diddi" ləqəbi ilə tanınan məşhur reper Şon Con Kombsı cinsi təcavüzdə ittiham edib.
Axşam.az xəbər verir ki, Kristal Makkinni adlı qadının sözlərinə görə, 2003-cü ildə Kişi Moda Həftəsindən sonra ona narkotik qəbul etdirib və cinsi əlaqəyə məcbur edib. Bu barədə "TMZ"nin əldə etdiyi məhkəmə sənədlərində qeyd olunub.
Reper o zaman 22 yaşı olan Kristalı dostları ilə spirtli içki içdiyi və narkotik qəbul etdiyi studiyasına dəvət edib. Ona narkotiv verib. Bundan sonra qızı vanna otağına aparıb və orada ona cinsi təcavüz edib.
Kristal bildirib ki, bu hadisədən sonra o, modellik sənayesinin "qara siyahı"sına düşüb və ağır depressiyaya düşüb. Hətta o, intihara cəhd göstərdiyini etiraf edib.
Qeyd edək ki, müğənni Kessi Ventura 2018-ci ildə "Pi Diddi"nin ayrılıq qərarı aldıqdan sonra ona təcavüz etdiyini iddia edib. Həmçinin, 2005-ci ilə qədər olan münasibətdə Kessi keçmiş sevgilisinin onu müntəzəm olaraq döydüyünü, spirtli içki və narkotik verdiyini, silah gəzdirməyə və digər kişilərlə cinsi əlaqədə olmağa məcbur etdiyini söyləyib.