3 yaşlı oğlunu döyən dayədən şikayətçi oldu

3 yaşlı oğlunu döyən dayədən şikayətçi oldu
938 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Cansu Canan Özgenin 3 yaşlı oğlunun dayəsi tərəfindən döyüldüyü iddia edilir.

Axşam.az xəbər verir ki, bu barədə qonşular aparıcıya zəng edərək dayənin onun övladını parkda oynayan zaman döydüyünü bildiriblər.

Özgenlə həyat yoldaşı Erden Eryüz əcnəbi baxıcıdan polisə şikayət edib. 

Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb. Dayə ifadəsində tibb bacısı olduğunu və uşağın ağzına it nəcisini soxduğunu, bunun səbəbdən onun əlini vurduğunu deyib. Prokurorluq baxıcıya qarşı "sadə xəsarət" maddəsi ilə 1 ilə qədər həbs tələbi ilə məhkəməyə müraciət edib.