Jerar Depardye "Paparazzi kralı"na hücum edib

Jerar Depardye "Paparazzi kralı"na hücum edib
283 dəfə oxunub
  • A-
  • A
  • A+

Fransalı aktyor Jerar Depardye "Paparazzi kralı" kimi tanınan italyan fotoqraf Rino Barillariyə hücum etməkdə günahlandırılır.

Axşam.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. Hadisə Romanın Via Veneto küçəsində yerləşən kafelərin baş verib.

Aktyor Rino Barillari tərəfindən diqqət çəkib və onun bir neçə fotosunu çəkib. Fotoqrafdan dəfələrlə çəkilişləri dayandırması tələb olunub. Aktyorun yoldaşı Maqda Vavrusova isə ona yaxınlaşaraq qışqırmağa başlayıb.

Bundan sonra Depardye özü fotoqrafa yaxınlaşaraq ona bir neçə zərbə vurub. Yumruqlardan sonra Barillarinin üzü qanayıb.

Vavrusovanın vəkilinin sözlərinə görə, Barillari onu itələyib və bu səbəbdən qadın xəstəxanaya yerləşdirilib.

Fotoqraf isə təcili yardımla xəstəxanaya aparılıb.