“Tatler” jurnalının növbəti sayının üz qabığı müzakirə yaradıb.
Axşam.az xəbər verir ki, jurnalın üz qabığında Şahzadə Uilyamın həyat yoldaşı, Uels şahzadəsi Keyt Middltonun şəkli yer alıb. Lakin rəsimdəki qadın Middltona bənzəməyib. Onun əynində 2023-cü ilin noyabrında şəhzadənin Bukinqem Sarayındakı ziyafətdə üzərində olan geyim və aksesuarlar yer alıb.
Jurnal bu addımı hazırda xərçənglə mübarizə aparan Middltona dəstək olmaq məqsədi ilə edib. Ancaq sosial media izləyiciləri rəsmi bəyənməyib, tənqid atəşinə tutublar.

