Keyt Blanşett qaydaları pozdu

Keyt Blanşett qaydaları pozdu
689 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur aktrisa Keyt Blanşett "Kann" film festivalında geyimi ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, aktrisa qırmızı xalçada Fələstinə dəstək olduğunu nümayiş etdirib. Festivalın təşkilatçıları qırmızı xalıda hər hansı nümayiş və ya etiraz aksiyası keçirməyi qadağan etsələr də, Blanşet buna məhəl qoymayıb.

Ağ və qara rəngli libas geyinən aktrisa kameraların qarşısına keçərkən ətəyinin yaşıl iç hissəni də göstərərək Fələstin bayrağına işarə edib. 

Qeyd edək ki, ötən il oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub.