Müğənni Britni Spirsin keçmiş həyat yoldaşı Sem Asqari ilə arasında olan şiddət iddialarına daha biri əlavə olunub.
Axşam.az xəbər verir ki, mübahisələrin birində ifaçının əsəbiləşərək əlində balta ilə Semin arxasınca qaçdığı iddia edilib. Bu hadisənin Sem üçün son hədd olduğu və bundan sonra boşanmaq qərarı aldığı deyilib.
Qeyd edək ki, 2022-ci ildə Sem ilə ailə quran Britni bu il ondan boşanıb. Onların xəyanət səbəbindən evliliklərini sonlandırdıqları deyilir.
Bu, müğənninin üçüncü evliliyi idi. Onun Kevin Federlaynla evliliyindən iki oğlu var. Oğullar ataları ilə yaşayır və anaları ilə az ünsiyyətdə olurlar.