Xəbər verdiyimiz kimi, "Kann" film festivalında amerikalı aktrisa Kelli Roulend mühafizəçinin üzərinə qışqırıb.
Axşam.az-ın məlumatına görə, aktrisa ilk dəfə “Associated Press” agentliyinə müsahibəsində məsələyə münasibət bildirib.
"Sərhədlərimi müdafiə etdim, bu qədər. Qırmızı xalçada başqa qadınlar da var idi, lakin onları danlamadılar, itələmədilər və uzaqlaşmalarını istəmədilər" deyə, Kelli digər qonaqlarla onun kimi davranmadıqlarını və buna görə, belə reaksiya verdiyini söyləyib.