77-ci Kann Film Festivalının qalibləri bəlli oldu - Siyahı

77-ci Kann Film Festivalının qalibləri bəlli oldu - Siyahı
952 dəfə oxunub
  • A-
  • A
  • A+

77-ci Kann Film Festivalının qalibləri bəlli olub.

Axşam.az xəbər verir ki, "Qızıl Palma budağı"nın əsas mükafatı Şon Beykerin “Anora” filminə verilib.

Festivalın Qran-prisini "Təsvir etdiyimiz hər şey işıqdır" filmi qazanıb.

"Münsiflər heyətinin mükafatı" Jak Audiardın “Emiliya Peres” kriminal komediyasına verilib.

Eyni film "Ən yaxşı aktrisa" mükafatını qazanıb. Ekran işində Adriana Paz, Selena Qomez, Karla Qaskon və Zoe Saldana rol alıb.

Yorgos Lantimosun "Xeyirxahlıq" filmindəki roluna görə Cessi Plemonsa "Ən yaxşı kişi rolu" layiq görülüb.

"Ən yaxşı ssenari" nominasiyasında mükafat "Maddə" filminə verilib.

"Ən yaxşı qısametrajlı film" “Səssiz qala bilməyən adam” filminə görə Neboysa Sliepçeviçə təqdim olunub.