"Kann" film festivalında növbəti gərginlik yaşanıb.
Axşam.az xəbər verir ki, aktrisa Massiel Taveras qırmızı xalçada pilləkənləri çıxarkən mühafizəçilərlə dava edib.
Aktrisa kameralara poz verərkən mühafizəçi xanımın kadra girib ona əngəl olması onu çilədən çıxarıb. Hətta Massiel qadını itələyib.
Massiel pilləkənlərdə libasının ətəyini nümayiş etdirsə də, ona əngəl olublar. Onun paltarında İsa Məsihin şəkli əks edilib.
Diqqət çəkən məqam bir müddət əvvəl həmin mühafizəçi qadınla aktrisa Kelli Roulendin arasında da eyni gərginliyin yaşanması olub.