37 yaşlı aktyor güllələnərək qətlə yetirildi

37 yaşlı aktyor güllələnərək qətlə yetirildi
1077 dəfə oxunub
  • A-
  • A
  • A+

"Westworld" serialının aktyoru Conni Vektor güllələnərək öldürülüb.

Axşam.az xəbər verir ki, 37 yaşlı aktyor oğurluq etməyə cəhd edən şəxsləri dayandırmağa çalışarkən qətlə yetirilib.

Avtomobilindən katalizatoru çıxarmağa çalışan üç oğrudan biri onu güllələyib və hadisə yerindən qaçıblar. Hazırda onların axtarışları davam etdirilir.

Qeyd edək ki, Vektor debütünü "Army Wives" dram serialında edib. Aktyor 2007-2009-cu illərdə epizodik rollarda çəkilib. O, həmçinin "Criminal Minds", "Fire Station 19" və "Sibir" seriallarında oynayıb.