Əməkdar artist Manana Çaparidze obyektiv qarşısına keçib.
Axşam.az xəbər verir ki, müğənni yeni fotolarını instaqram hesabında yayımlayıb. Sənətçi öz ünvanına təriflər yağdırıb. O, öz çıxışlarını çox bəyəndiyini vurğulayıb:
"Çıxışımdan necə məmnun olduğumu təsəvvür etmirsiniz. Belə isti və səmimi emosiyalar üçün hər kəsə öz dərin minnətdarlığımı bildirirəm. Qoy, hər bir insanın qəlbi hər zaman sevinsin, ən gözəl sevgiyə layiq olsun".