Gülay yemək bişirib, samovar qaynatdı – foto

Gülay yemək bişirib, samovar qaynatdı – foto
8385 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Gülay Zeynalova ailəsi ilə birlikdə Qaxa dincəlməyə yollanıb.

Axşam.az-ın məlumatına görə, sənətçi istirahət fotolarını İnstaqram səhifəsində yerləşdirib. O, Qax gəzintisi zamanı xalq artisti Arif Babayevlə qarşılaşdığını yazıb:
 
“Burada ustadım Arif Babayevi gördüm. Mənə 8 il həm kollecdə, həm də konservatoriyada dərs deyib. Allah can sağlığı versin”.

Gülay daha sonra yemək hazırlayarkən çəkdirdiyi şəkli paylaşaraq “Bu gözəl yerdə özün bişirib-düşürməsən, günah olar” sözlərini əlavə edib.

Qeyd edək ki, G.Zeynalova idmançı Kamil Zeynalovla ailəlidir. Cütlüyün Sahilə adlı qızı var.