Təcavüz və cinsi zorakılıqda təqsirləndirilən məşhur Hollivud prodüseri Harvi Vaynşteynə qarşı yeni ittihamlar irəli sürülüb.
Axşam.az xəbər verir ki, bu barədə “The New York Times“ məlumat yayıb.
Vaynşteyn keçirdiyi sonuncu ürək əməliyyatı səbəbindən məhkəmə zalına gələ bilmədiyi üçün işin mahiyyəti açıqlanmır.
Bildirilir ki, cinsi zorakılıqla bağlı üç yeni ittiham ola bilər.
Qeyd edək ki, bir müddət əvvəl Britaniya Prokurorluğu Harvi Vaynşteynə qarşı cinsi təcavüz ittihamlarını ləğv edib.